Ərdoğanın iştirakı ilə Türkiyə daha bir ilkə imza atdı - FOTO

photo 58514154Siirtdə 102 milyon dollar sərmayə ilə inşa edilən Türkiyənin ilk filizdən sink əritmə zavodu Prezident Rəcəb Tayyib Ərdoğanın da qatıldığı mərasimlə istifadəyə verilib.

araz.az  xəbər verir ki, Türkiyə-Qətər ortaqlığı ilə qurulan Xətti Metal Sink İstehsalat Təsisi Türkiyənin ilk sink metal külçələrini istehsal edəcək. 

Obyekt ölkənin tələbatının 40 faizini ödəyəcək.

Qeyd edək ki, Türkiyə hazırda ildə 250-300 min ton sink idxal edir. Bu, ildə ən azı 1 milyard dollar xərc yaradır.

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər