Bayden Putinin “qırmızı xəttini” tanımaq istəmir

1638631247 61ab35604e3fe003ec87f194Amerika prezidenti Bayden Rusiyanın “qırmızı xəttini” qəbul etmədiyini və Rusiyanın dövlət başçısı Putinin irəliyə getməməsini təmin etmək üçün atılacaq addımları dəyərləndirib.

araz.az
xatırladır ki, Amerika prezidenti bununla bağlı fikirlərini Rusiya-Ukrayna arasında hərbi-diplomatik münasibətlərin son dərəcə kəkinləşməsi kontekstində açıqlayıb.


Rusiya ilə Ukrayna arasında artan gərginliklə bağlı açıqlamalar verən Bayden bildirib ki, Putinin Ukraynaya müdaxiləsini çətinləşdirmək üçün hərtərəfli təşəbbüslər hazırlayıb və Moskvanın “qırmızı xətlərini” qəbul etməyəcək.

“Mən Putinin daha da irəli getməsini və insanların onun edəcəyindən narahat olduqları şeyi etməsini çətinləşdirmək üçün ən əhatəli və mənalı olduğuna inandığım addımları bir araya gətirirəm. Biz uzun müddətdir ki, Rusiyanın hərəkətlərindən xəbərdarıq. Gözləntilərimiz odur ki, Putinlə uzun görüşümüz olacaq”, - deyə Amerika prezidenti bildirib.

Qeyd edək ki, ötən gün Avropada Amerika və Rusiya baş diplomatları bir araya gəlsə də, Ukrayna mövzusunda ümumi razılaşmaya gələ bilməyiblər. İndi ABŞ və Rusiya prezidentlərinin yaxın bir neçə gün ərzində video-konfrans vasitəsilə görüşünün keçiriləcəyi gözlənilir.

Dünən Ukrayna Müdafiə naziri Oleksey Rezinkov kəşfiyyat məlumatlarına istinad edərək deyib ki, yanvarın sonuna qədər Rusiya geniş hərbi əməliyyatlar planlaşdırır və hazırda Rusiya Ukrayna sərhədləri yaxınlığında 94 minə qədər hərbçi toplayıb.

Onu da qeyd edək ki, Riqada toplanan NATO xarici işlər nazirləri Moskvadan qaynaqlanan təhdidlərə qarşı atılacaq addımları müzakirə edərkən, Rusiya prezidentindən “qırmızı xətt” xəbərdarlığı gəlmişdi.

NATO-nun Ukraynadakı hərbi varlığını genişləndirməsinin onlar üçün “qırmızı xətt” olduğunu bildirən Putin “Ukrayna və Moskvaya 10 dəqiqəyə çata biləcək hücum sistemləri qurularsa, necə bir mənzərə ortaya çıxacaq?” sualını verməklə yanaşı cavab tədbirləri görəcəklərini də qeyd etmişdi. NATO-nun Rusiya sərhədlərinə doğru genişlənməsinin hansı səbəbdən zəruri olduğunu soruşan Putin, bütün xəbərdarlıq və istəklərinə baxmayaraq, NATO silahlarının Rusiya sərhədlərinə yaxınlaşdırıldığını bildirmişdi. O, buna nümunə kimi Polşa və Rumıniyada yerləşdirilən hava hücumundan müdafiə sistemlərini göstərmişdi.

Prezident Baydenin Rusiyanın “qırmızı xəttini” tanımayacağını elan etməsi isə NATO və ABŞ-ın Rusiyanı mühasirəyə almaqda davam edəcəyi anlamına gəlir.

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər