“Rusiya buna tab gətirməyəcək, dağılacaq” – Maksakova

kmo_088197_221185_1_t218_115355.jpg

“Ukrayna gec-tez bütün ərazilərini geri alacaq. “Kağız rus evi” çökməyə başlayacaq. Yalan üzərində qurulmuş imperiya belə məğlubiyyətə tab gətirə bilməz, onsuz da dağılacaq”.

araz.az  xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının keçmiş deputatı, opera müğənnisi Mariya Maksakova deyib.

Onun sözlərinə görə, Avropa və ABŞ-ın Ukraynaya silah tədarükünü gecikdirməsi barədə düşünməsinin vaxtı çatıb.

“Ukraynaya mümkün qədər çox və tez silah vermək barədə düşünməyə başlasalar, bu halda gözlənilən qanqren yəqin ki, Avropaya daha az risklə keçəcək. Ona görə də mən həmişə yalnız bir şeyə çağırıram: Ukraynanı daha yaxşı və daha tez silahlandıraq”, - Maksakova bildirib.

Onun sözlərinə görə, indi əsasən ABŞ hansısa yolla Ukraynaya kömək etməyə çalışır:

“Mən artıq dəfələrlə demişəm ki, Ukraynaya “Lend-Liz” lazımdır, bu, nəhayət, tam işə düşməlidir. Bu, hələlik bir gün də işləməyib. Hesab edirəm ki, Rusiyanı məğlub etmək üçün “Lend-Liz” ən yaxşı seçimdir”.

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər