Miko Peled: İsrail ordusu yaxşı silahlanmış terror ordusudur (VİDEO)

 thumb_miko-peled-1540454569.jpg

İsrail əsilli amerikalı, tanınmış yazıçı, sülh fəalı Miko Peled bir neçə il bundan əvvəlki çıxışında işğalçı İsrail rejim ordusunu yaxşı silahlanmış və təchiz edilmiş terror ordusu adlandırır.

Qeyd edək ki, Miko Peled özü və atası bir zamanlar İsrail ordusunda xidmət keçiblər. Hətta İsrail ordusunun generalı olan atası Mattityahu Peled 1948-ci il müharibəsində iştirak edib. Sonralar isə sionist rejimin yalnız hiylə və terrora əsaslandığının şahidi olaraq ordudan uzaqlaşır. Oğul Miko Peled də oxşar taleyi yaşayır.

1982-ci ildə İsrailin Livana hücumundan sonra sionist ordusunun heç bir insani dəyərlərə önəm vermədiyini əyani görən oğul Peled ordudan uzaqlaşır və İsraili tərk edərək Yaponiyada və Amerikada məksunlaşır. Bir çox kitabların müəllifi olan M.Peled sionist rejimin Fələstin xalqına qarşı amansız təcavüzlərini tənqid edən fikirlərilə məşhurdur.

Aşağıdakı videoda İsrailin Qəzzaya qarşı 2008-ci ilin sonu 2009-cu ilin əvvəllərində həyata keçirmiş olduğu "Ərinmiş qurğuşun" əməliyyatı barədə danışır:

"Sizin dediyiniz İsrail ordusu mənim fikrimcə, dünyanın ən yaxşı təlim görmüş, ən yaxşı təchiz edilmiş və ən yaxşı bəslənilmiş terror təşkilatıdır. Bəli, əlbəttə ki, onların yüksək rütbəli generalları var, gözəl hərbi formalar geyinirlər, lakin onların ən ümdə məqsədləri terrorçuluqdur.

Bir misalı deyim, təxminən dörd il bundan əvvəl İsrail Qəzzaya hücuma başlayanda - 2008-ci ilin 28 sentyabr tarixi səhər saat 11.20 radələri - demək istəyirəm ki, həmin gün yəhudi tarixinin ən utancverici günü oldu. Həmin gün yəhudi xalqının tarixində ən utancverici gün oldu. İsrail həmin gün Qəzzanı intensiv bombardmana məruz qoydu. 21 günlük təcavüzün ilk günündə oraya 100 ton bomba atıldı.

Məlumat üçün deyim ki, cəmi 1 ton ağırlığındakı bomba bütöv bir şəhər məhəlləsini məhv etmək üçün kifayətdir. İndi nəzərə alaq ki, Qəzza dünyada ən sıx məskunlaşmış bölgələrdən biridir və burada 800 min uşaq yaşayır.

Səhər saat 11.25 elə bir vaxtdır ki, məktəblərdə səhər növbəsi ilə günorta növbəsi dəyişir, yəni bütün uşaqlar küçələrdə olur, bütün şagirdlər məktəb yollarında olur... Məhz həmin dəqiqələr İsraildəki idarəedicilər tərəfindən hücuma başlamaq vaxtı kimi təyin olunur.

Həmin gün 21 günlük qətliamın ilk günü idi. Bu hadisənin heç bir izahı, bəraəti yoxdur.

Əgər bu hadisə terrorçuluq deyilsə, o zaman mən bilmirəm terrorçuluq nədir".

 

Əlaqəli xəbərlər