İsrail Fələstində tarixi Bizans qalasını ələ keçirməyə hazılaşır

bizans-qalasi.jpgİsrail rejimi Nablusdakı tarixi Şeyx Şəala qalası yaxınlığında yaşayan fələstinlilərə xəbərdarlıq edərək bölgənin tezliklə müsadirə ediləcəyini bildirib.

Felestin.info "Palinfo"-ya istinadla xəbər verir ki, bu barədə tarixi abidə yaxınlığında yerləşən Nəkura kəndinin idarə şurasının rəhbəri Əhməd Əbu Həşiş bildirib.

Onun sözlərinə görə, bu yaxınlarda işğalçı rejim əsgərləri və fanatik yəhudi miqrantlar Bizans dövründə inşa edilmiş qalaya gəliblər. Buranın qanunsuz yəhudi məskənlərinə birləşdirilməsi planlaşdırılır.

Kənd rəhbəri qeyd edib ki, tezliklə sakinlər qala yaxınlığında park inşa edəcəklər və bununla fələstinli sakinlərin bu tarixi abidəyə səfərini intensivləşdirməyə çalışacaqlar.

Bildirək ki, Şeyx Şəala qalası Nəkura və Acansinya kəndləri arasında yerləşir. Qala inşa edildiyi dövrdə Yunan məbədi kimi xidmət göstərib. Daha sonra müsəlman xilafətləri dövründə bərpa edilib. Bu günədək qalanın qorunması və bərpa işləri fələstinlilər tərəfindən həyata keçirilib.

Əlaqəli xəbərlər