Fanatik yəhudilər hamilə qadını və kiçik qızı daşqalaq ediblər

 

30552365-1541398248.jpgİşğal altındakı İordan çayının qərb sahilinin Nablus şəhərində İsrailin qanunsuz inşa etdiyi Givat-Gilad miqrant qəsəbəsinin sakinləri fələstinli ailənin hərəkət etdiyi avtomobili daşqalaq ediblər.

Felestin.info "Palinfo"-ya istinadla xəbər verir ki, 15 il İsrail zindanında saxlanılmış keçmiş məhbus Əli Şəvanə öz avtomobili ilə yəhudi qəsəbəsinin yaxınlığından keçirmiş. Maşında onun həyat yoldaşı, azyaşlı qızı və hamilə baldızı olub.

Zərərçəkənin sözlərinə görə, azyaşlı qız başından daş zərbəsi alıb, baldızının vəziyyəti isə daha ağır olduğundan təcili olaraq Rafidiyyə hospitalının reanimasiya şöbəsinə yerləşdirilib.

Xatırladaq ki, sionist ideologiya daşıyıcı olan miqrant yəhudilər tərəfindən buna bənzər hücumlar bundan əvvəl də törədilib. Belə ki, ötən ay səkkiz uşaq anası fələstinli qadın həyat yoldaşı ilə avtomobildə hərəkətdə olarkən daş hücumuna qalaraq dünyasını dəyişmişdi.

 

Əlaqəli xəbərlər