Qəzaya düşən təyyarədəki sərnişinlərin adları açıqlandı - Azərbaycanlı da var

qeaqza.jpgXəbər verdiyimiz kimi, bu gün Bakıdan havaya qalxan “Qolfstrim” biznes-jet təyyarəsi Moskvanın Şeremetyevo hava limanında uçuş-enmə zolağından kənara çıxıb. Göyərtədə iki pilot və üç sərnişin olmaqla 5 nəfər olub.

“Qafqazinfo” “REN TV”yə istinadən xəbər verir ki, sərnişinlərin kimliyi məlum olub. Bunlar Azərbaycan vətəndaşı Asif Ələkbərov, Rusiya vətəndaşı Ariya Axmadova və Belarus vətəndaşı Valentina Davıdovskayadır.

Qeyd edək ki, Rusiya İstintaq Komitəsi faktla bağlı “Yol hərəkəti təhlükəsizliyi qaydaları və təyyarə əməliyyatlarının pozulması” maddəsi üzrə cinayət işi açıb.

Əlaqəli xəbərlər