Dünyanın gözlədiyi görüş başladı - Putin ilə Kim Çen In ilk dəfə bir araya gəldilər (VİDEO)

putin-kimcen.png

Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In Rusiyada yerləşən Russki adasında görüşüblər.

Musavat.com xəbər verir ki, görüş Russki adasında, Uzaq Şərq Federal Universitetinin şəhərciyində baş tutub.

Səfərə zirehli qatar ilə gələn Kim Çen In Putinə Vladivastoka qədər gəldiyi üçün də təşəkkür edib. Qeyd edək ki, Valdivastok şimali Koreyanın 129 km uzaqlığında yerləşir.

Картинки по запросу Putin ile Kuzey Kore Lideri Kim Jong-un İlk Kez Bir Araya Geldi

Rusiya prezidenti Kim Çen Inın gəlişi ilə bağlı bunları deyib: "Şimali Koreya liderinin Rusiyaya səfərinin ikitərəfli münasiətlər üçün böyük şans olacağını düşünürəm. Ayrıca olaraq Kim Çen Inın gəlişi ilə Koreya yarımadasındakı nüvə probleminin müsbət şəkildə həllini tapacağına ümid edirəm. Onun ABŞ dövləti ilə münasibətlərinin normallaşdırmasına da təqdir edirəm. Şimali Koreya liderinin ticarət əlaqələrini inkişaf etdirmək üçün edəcəyi çox şey var.

KXDR lideri də Koreya yarımadasındakı vəziyyətlə bağlı Putinlə geniş müzakirə aparacağını deyib.

Dövlət başçıları təkbətək görüşdən sonra hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə birgə geniş formatlı danışıqlar keçiricək.

Musavat.com

 

Əlaqəli xəbərlər