Rusiyada iki Su-34 təyyarəsi toqquşdu

2016 06 21 14 25 35qirici teyyerelerRusiyanın Lipetsk şəhərinin hava məkanında iki qırıcı-bombardmançı “Su-34” təyyarəsi toqquşub.

Virtualaz.org bildirir ki, məlumatı bu barədə “REN TV” məlumat yayıb. Məlumatda bildirilir ki, hadisə təlim-məşq uçuşları zamanı baş verib. Nəticədə təyyarələr ciddi zədələnib, ancaq pilotlar sağdır. Təyyarələr yerə endirilib.

Qeyd edilir ki, qırıcı bombardmançılar Rusiya Müdafiə Nazirliyinin hərbi sınaqları və Dövlət Aviasiya Tədris Mərkəzinə aiddir.

Əlaqəli xəbərlər