“Utanmaz və manqurt! Mənim nənəm onun üzünə tüpürərdi...”

295601
 
 
"İlanın ağına da lənət, qarasına da !.."
"Russia Today" telekanalının baş redaktoru Marqarita Simonyanla  Ermənistanın baş naziri Nikol Paşinyan  arasında “atışma” davam edir. Bu dəfə M.Simonyan "Facebook" səhifəsində N.Paşinyanın 2005-ci ildə verdiyi açıqlamalara  istinad edərək onu sərt tənqid edib.
Moderator.az xəbər verir ki,  bu haqda sosial şəbəkələrin erməni seqmentində məlumat yayılıb.
“Atalarımızı qınayıram, onları lənətləyirəm, çünki bu gün bizim daha ləyaqətli və daha qürurlu yaşamamız üçün heç nə etməyiblər. Atalarımız, heç olmasa,  heyvanların öz balalarına instinktiv olaraq qayğı göstərdikləri kimi,  öz nəsillərinə qayğı göstərməyiblər. Atalarımızı tərifləyənlərin hamısını qınayıram...”  
Bu cümlələr işğalçı ölkənın hazırkı üzdəniraq liderinin 2005-ci ildəki  açıqlamasındandır. 
Daim Azərbaycan və Türkiyəyə qarşı haqsız iddialarla çıxış edən Rusiya jurnalisti  M.Simonyanın  N.Paşinyana  cavabında isə belə deyilir: 
“Soyqırımdan sağ çıxan və bəşəriyyət tarixində misli görünməmiş ən qanlı qırğın qurbanlarının xatirəsini əbədi olaraq ehtiramla yad edən mənim qızıl ulu nənəm, yaxşı  ki, bunu görmürsən, əzizim...
...Mən indi anlayıram ki, nəyə görə mənim postum Ermənistanda belə hay-küy yaradıb. Mən doğrudan da böyük Ermənistan tarixini, əcdadlarını lənətləyən və soyqırım qurbanlarının xatirəsinə hörmət etməyən birinin hakimiyyətdə olmasına sevinən kütlənin tərkib hissəsi deyiləm.
Utanmaz və manqurt. Mənim nənəm onun gözlərinə tüpürərdi...”
P.S. İlanın ağına da, qarasına da lənət!..
Sultan Laçın

Əlaqəli xəbərlər