Belarus hərbi təyyarəsi Moskva və Novosibirskə uçub geri döndü...- MÜƏMMA

296920
 
Belarus Hərbi Hava Qüvvələrinə məxsus “Il-76MD” hərbi nəqliyyat təyyarəsi Minskdən Moskva vilayətindəki Kubinka hərbi aerodromuna enib, sonra Novosibirskə uçub və Minskə qayıdıb.
Moderator.az xəbər verir ki,  bu haqda  “FlightRadar” hava gəmilərini izləmə xidmətinin saytında məlumat yayılıb.
Portalın verdiyi məlumata görə,  bort nömrəsi “EW-005DE” olan təyyarə 12 avqust, çərşənbə günü, yerli vaxtla təxminən 6:30 radələrində, Belarus paytaxtından qalxaraq Moskva yaxınlığında hərbi aerodromun yerləşdiyi Kubinka məntəqəsinə enib. Sonra təxminən saat 10: 46-da nəqliyyat  uçağı  aviabazadan havalanıb və dörd saatlıq uçuşdan sonra Novosibirsk hava limanına eniş edib. Təyyarə enişdən üç saat sonra əks istiqamətdə hərəkət edib və yerli vaxtla  saat 23:00-da Minsk hava limanına enib.
Lukaşenkonun yenidən Prezident seçildiyi son seçkilərdəki gərginlikdən sonra, eləcə də rəsmi Moskva və Minsk arasında münasibətlərin qaydasında olmadığı bir vaxtda Belarus hərbi təyyarəsinin Rusiyaya hansı məqsədlə uçub-qayıtdığı açıqlanmır. 
Qeyd edilir ki, sözügedən təyyarə Belarus Hərbi Hava Qüvvələrinin tanıtma nişanlarına malik olub. “Il-76MD-90A” markalı hərbi yük təyyarəsi bir qayda olaraq ağır və böyük ölçülü avadanlığa və yüklərin bölgələrarası daşınması, habelə hava qüvvələri heyətlərinin, avadanlıqların və yüklərin paraşüt və ya eniş üsulu ilə desant olunması üçün nəzərdə tutulub. Bundan əlavə, təyyarədən xəstə və yaralıları daşımaq və yanğınları söndürmək üçün istifadə edilə bilər.
Sultan Laçın

Əlaqəli xəbərlər