Bakıda orta məktəbdə yanğın oldu

bandicam 2021 01 10 22 41 43 301

Bakıda orta məktəb binasında yanğın hadisəsi qeydə alınıb.

ara.az  BAXAR.AZ-a istinadən xəbər verir ki ,  bu barədə  Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, Xətai rayonunda ümumi sahəsi 1 000 m² olan ikimərtəbəli orta məktəb binasının ikinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 12 m2 sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əlaqəli xəbərlər