Dəniz quldurları Türkiyəyə məxsus gəmini girov götürüb, azərbaycanlını qətlə yetiriblər

1611432150 1441174708280804483 1000x669 768x403Nigeriyalı dəniz quldurları Qvineya körfəzində Türkiyəyə məxsus "Mozart" gəmisini girov götürüblər.

Türkiyə KİV-ləri xəbər verir ki, silahlılar gəmidə olan yeganə azərbaycanlı Fərman İsmayılovu qətlə yetiriblər.

Gəmidə olan 15 Türkiyə vətəndaşının girov saxlanıldığı bildirilir.

Məlumata görə, Nigeriyanın Laqos şəhərindən Cənubi Afrika Respublikasının Keyptaun şəhərinə doğru üzən gəminin göyərtəsində 19 nəfər olub.

Bildirilir ki, nigeriyalı dəniz quldurları razılaşma üçün xəbər gözləyirlər.



Reyting.az

Əlaqəli xəbərlər