Türkiyə gəmisində öldürülən azərbaycanlının nəşi sabah ölkəyə gətiriləcək – XİN

modern.az 1611471405227 541Nigeriya sahillərində quldurların əlinə keçən Türkiyə gəmisində öldürülən azərbaycanlının nəşi sabah Bakıya gətiriləcək.

Bu barədə Modern.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib ki, artıq bu istiqamətdə işlərə başlanılıb:

“Dünən Nigeriya sahillərində quldurlar tərəfindən ələ keçirilən Türkiyə gəmisinin heyət üzvlərindən bir nəfər azərbaycanlı qətlə yetirilib. Fərman İsmayılov adlı şəxsin nəşinin Azərbaycana gətiriləcəyi ilə bağlı artıq məlumat verildi. Bu istiqamətdə işlərə başlanıb”.

Xatırladaq ki, Türkiyə şirkətinə məxsus &quot “Mozart” quot& adlı gəmiyə Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücum edilib.

Gəmidə olan 19 nəfərdən 15-i girov götürülüb.

Əlaqəli xəbərlər