"Kosobokov həmin vəzifəyə təyin olunandan 10 erməni mövqeyi tamamilə havaya sovrulub..."

1632595027 31120 1605022440
 
Tanınmış hərbi ekspert Ədalət Verdiyev Moderator.az-a açıqlamasında Qarabağda macəra axtaran Rusiya sülhməramlılarının əsəbləri tarıma çəkən özfəaliyyətindən bəhs edib:
 
"Son 3 gün ərzində Tərtər ərazisində eşidilən və  Ağdərədə baş verdiyi ehtimal olunan partlayışlar Rusiya sülhməramlıları tərəfindən erməni mövqelərinin Ağdərə istiqamətində geri çəkilməsi ilə bağlıdır. Bu partlayışlar Rusiya sülhməramlılarının həmin ərazilərdə erməni mövqelərini partlatması ilə əlaqədardır.
 
 
Bu günə qədər general Kosobokov həmin vəzifəyə təyin olunan gündən 10 ədəd erməni mövqeyi bu yolla tamamilə havaya sovrulub. Hazırda partladılan erməni mövqelərinin səsi də Ağdərə və Tərtər ərazilərində aydın şəkildə eşidilir. Partladılan mövqelərdə olan erməni silahlıları Ağdərə qəsəbəsinin mərkəzinə doğru mövqelərini dəyişib".
 
araz.az xəbər portalı.

Əlaqəli xəbərlər