Tanınmış jurnalist Yolçu Xanvəli dünyasını dəyişib

1634539031 dfdggdgf

 

Bu gün Azərbaycanın tanınmış jurnalisti Yolçu Xanvəli dünyasını dəyişib.

araz.az
xəbər verir ki, bu barədə onun oğlu Heydər Həsənli məlumat verib.

Jurnalist bir neçə gün əvvəl infarkt keçirmişdi. Y.Xanvəli 5 Saylı Xəstəxanada müalicə olunurdu.

Yolçu Xanvəli 1963-cü ildə anadan olub. Jurnalist “Respublika” qəzetinin redaktor müavini, Dövlət Baytarlıq Xidmətinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri vəzifələrində çalışıb. Bundan başqa, Aqrar Xidmətlər Agentliyinin mətbuatla əlaqələr şöbəsində məsul vəzifə tutub.

Qeyd edək ki, Yolçu Xanvəlinin oğlu Heydər Həsənli Missiya TV-nin texniki direktorudur. Mərhumun ailəsinə Missiya Media Qrupu adından başsağlığı verir və səbr diləyirik. Allah rəhmət eləsin!

 

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər