Polis toylarla bağlı monitorinqin görüntülərini yaydı - FOTO/VİDEO

FotoJet 2021 10 23T123630.932Oktyabrın 22-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 75 toy şənliyinin monitorinqini həyata keçirib.

araz.az  bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, monitorinq 67 şadlıq sarayında, səkkiz şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 13 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 216 nəfər isə COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər