Şəhid qardaşı Polis Şöbəsində döyülüb? - DİN-dən açıqlama

daxiliDaxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Ağsuda şəhid qardaşının polislər tərəfindən döyülməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirilib.

araz.az-ın xəbərinə görə, DİN-in mətbuat xidmətinin bölmə rəisi, polis baş leytenantı Zeyni Hüseynov bildirib ki, Gülxan Quliyev spirtli içki aludəçisidir və mütəmadi olaraq şəhid qardaşı adına yaraşmayan hərəkətlərə yol verir:

“Sonuncu dəfə spirtli içkinin təsiri altında ictimai asayişi pozduğuna görə vətəndaşların müraciətinə əsasən polis şöbəsinə gətirilib. Barəsində toplanan materiallar rayon Məhkəməsinə göndərilib. Məhkəmə tərəfindən onun şəhid ailəsi olması nəzərə alınaraq sərbəst buraxılıb”.

Bölmə rəisi qeyd edib ki, G.Quliyevin Polis Şöbəsində döyülməsinə gəldikdə isə bu iddialar tamamilə yalandır və həqiqəti əks etdirmir.

Qeyd edək ki, sosial şəbəkələrdə Ağsuda Vətən Müharibəsində şəhid olan Vüqar Quliyevin qardaşı Gülxan Quliyevin polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı məlumatlar yayılıb.

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər