DTX Daşqın Rəhimov “kommunizm”ini yerlə yeksan etdi - Naxçıvanda daha bir yoxlama

naxc3.jpg

DTX əməkdaşları Naxçıvan Ədliyyə naziri Daşqın Rəhimovun karlı biznes sahələrindən biri kimi tanınan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində yoxlamalara başlayıb.

araz.az  ovqat.com-a istinadən bildirir ki, yoxlamaların məqsədi Daşqın Rəhimovun Penitensiar Xidmətə məxsus “əsirxana”larda əsl “kommunizm” qurması barədə iddiaları araşdırmaq olub.

Bildirilir ki, DTX-nın əlindəki məlumatlar öz təsdiqini tapıb. Belə ki, Naxçıvan əsirxanalarında saxlanılan dustaqlara aylıq ödənişlər natural qaydada verilirmiş. Daha doğrusu, onlar maaşlarının müqabilində bəzi zəruri malları Ədliyyə nazirinə məxsus mağazalardan ərzaq malları qisminə alırmışlar. Nəzərə alsaq ki, natural ödəniş şəkli yalnız ibtidai icma quruluşlarında, bir də Karl Marksın xəyalından keçirib görə bilmədiyi kommunizm quruluşunda keçərlidir, belə çıxır ki, Daşqın Rəhimov Leninin 70 ildə bacarmadığını bir neçə ildə həyata keçirə bilib

araz.az xəbər portalı.