Bakı-Balakən qatarı leysan səbəbindən yolda qaldı

qatar--01.jpg

Aramsız yağan leysan yağışlarının təsiri nəticəsində Zaqatala rayonunun ərazisindən keçən Lahıc çayı dəmir yolunun Qax-Zaqatala mənzilinin 132-ci km-də dəmir yolundan 2 km aralı məsafədə məcrasını dəyişib, 300 metr məsafədə dəmir yolu yatağını yuyaraq zədələyib.

Azərbaycan Dəmir Yolları QSC-dən “Qafqazinfo”ya verilən məlumata görə, bu səbəbdən Bakı-Balakən marşrutu ilə hərəkət edən 664 №-li sərnişin qatarı Qax stansiyasına qədər hərəkət edib. Belə ki, Zaqatala və Balakən stansiyalarına gedən sərnişinlər Qax stansiyasından avtobuslarla mənzil başına yola salınıblar.

Hazırda təbii fəlakət yerində - dəmir yolunda bərpa işləri aparılır.

Bu gün Balakən-Bakı sərnişin qatarı Bakıya Qax stansiyasından yola salınacaq.

Sərnişinlərin nəzərinə çatdırılır ki, 11 avqust 2018-ci il tarixdə Bakı-Balakən sərnişin qatarı Bakıdan cədvəl üzrə yola salınacaq. (qafqazinfo.az)

 

Əlaqəli xəbərlər