Musa Məmmədovun kürəkəni Türkiyədə güllələnib – VİDEO

Musa-Memmedov.jpg

Türkiyəli iş adamı, “EDO Müzik”in sahibi Mustafa Erkin Karaman ötən gün saat 20:00 radələrində silahlı hücuma məruz qalıb.

Minval.info Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, iş adamı İstanbulun Beykoz səmtində maşınında güllələnib. Naməlum şəxs tərəfindən Karamanın lüks maşınına atılan 5 güllədən 2-si ona dəyib.

Türkiyədə kürəkəni güllələnən Musa Məmmədovu

Məlumata görə, yaralı biznesmen ərazidən uzaqlaşa bilb. O, təcili yardım vasitəsilə Beykoz Dövlət Xəstəxanasına yerləşdirilib. Hadisə yerinə xeyli sayda polis cəlb edilib və araşdırmalara başlanılıb.

 Qeyd edək ki, iş adamı Mustafa Erkin Karaman 2012-ci ildə Azərbaycan baş nazirinin sabiq müşaviri Musa Məmmədovun qızı Günel Məmmədova ilə evlənib.

***
Unikal.org Azərbaycan baş nazirinin keçmiş müşaviri Musa Məmmədovun kimliyini araşdırıb. Məlum olub ki, Azərbaycan Respublikası Prezidentinin Müvəkkili Musa Salam oğlu Məmmədov 1992-ci ildə Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilib. Musa Məmmədov həmçinin kənd təsərrüfatı naziri vəzifəsində işləyib.
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Respublikanın əməkdar aqronomu, iqtisad elmləri doktoru, Dövlət mükafatı laureatı, ölkədə aqrar sənaye sahəsində və kənd təsərrüfatının inkişafında böyük xidmətləri olan əmək veteranıdır.
İnam Kərimov Kənd Təsərrüfatı Naziri vəzifəsinə təyin edildikdən sonra onun xahişi ilə təcrübəsindən yararlanmaq qərarı verib. 87 yaşlı Musa Məmmədov hazırda nazirlikdə bitkiçilik və pambıqçılıq sahəsində mütəxəssis kimi çalışır.
Yaxınlarının Unikal.org-a verdiyi məlumata görə, son on ildə Musa Məmmədov iki oğlunu itirib. Bir qızı isə Türkiyədə ailəlidir. Musa Məmmədov müalicələri üçün mütəmadi olaraq Türkiyəyə gedir. Hazırki hadisədən isə xəbəri yoxdur.

 

 

Əlaqəli xəbərlər