Daşkəsəndə yanğın zamanı dördü uşaq olmaqla 5 nəfər ölüb

3be24404cf0c126bcfccd2a62ed846f0.jpgDaşkəsən rayonunda dəhşətli yanğın hadisəsi olub.

"Report"un Qərb bürosu xəbər verir ki, rayonun Quşçu kəndindəki evlərdən birində baş vermiş yanğın zamanı 5 nəfər həyatını itirib.

Ölənlər arasında 1, 6, 8 və 11 yaşlı dörd uşaq var:

Tağıyeva Sevinc Şahin qızı, 1990

Tağıyeva Aysun Asim qızı, 2010

Tağıyev Sakit Asim oğlu, 2012

Tağıyev Sadiq Asim oğlu, 2017

Ədilxanova Günel Qoşqar qızı, 2007

Yanğının başvermə səbəbləri hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Bakıda məktəbdə yanğın olub, 100 şagird təxliyyə edilib.

 

Əlaqəli xəbərlər