Generalın oğurluqda suçladığı keçmiş xanımı və qaynının məhkəməsi yekunlaşır

1516989085 mehkemeKülli miqdarda oğurluqda ittiham edilən şəxs hakim qarşısına çıxarılıb. Bu işdə onun bacısı, generalın keçmiş həyat yoldaşı da ittiham edilir və hazırda axtarışdadır

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Fərid Yusubun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Fərid Yusub Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, general-mayor Emin Şəkinskinin keçmiş qaynıdır. Bu iş üzrə zərərçəkmiş Emin Şəkinskidir.

Məlumata görə, Gülnarə Şəkinskaya keçmiş həyat yoldaşı Emin Şəkinskinin evindən 60 min manat pul oğurlamaqda ittiham olunub. İttihama görə, Gülnarə Şəkinskaya, eləcə də onun övladları - Həmidə, Məryəm, Nadiya və Cəvahir Şəkinskayalar dövlət sərhədini qanunsuz keçiblər.

Bu oğurluq işində Gülnarə Şəkinskayanın qardaşı Fərid Yusub və Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyevin də adı keçib. Onların barəsində axtarış elan olunub. “İnterpol” xətti ilə axtarışda olan Fərid Yusub saxlanılaraq Azərbaycana təhvil verilib. Əlövsət Əliyev və Gülnarə Şəkinskaya isə axtarışdadır.

Bu gün hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Zeynəb Cəfərova ifadə verib. Şahid təqsirləndirilən şəxsi tanımadığını, onu heç vaxt görmədiyini bildirib. Məlum olub ki, Z.Cəfərova bu iş üzrə 2014-cü ildə saxlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza alıb.

O da məlum olub ki, Cəfərova ittiham olunduğu oğurluq maddəsi ilə bəraət alıb. Ona Gülnarə Şıxlinskayanın uşağını Gürcüstana qaçırmasına görə cəza verilib.

Sualları cavablandıran Cəfərova deyib ki, Emin Şəkinskinin keçmiş həyat yoldaşı Gülnarə Şəkinskayanın qızını Gürcüstana keçirib. O, bunu bilmədən etdiyini söyləyib. Qeyd edib ki, təqsirləndirilən Fəridi tanımır. Məhkəmənin növbəti iclası yanvarın 30-na təyin edilib.

Fərid Yusub Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda törədildikdə), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlanma, satma və ya saxta sənədlərdən istifadə etmə) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham olunur.

Araz.az

Əlaqəli xəbərlər