Masallını sarsıdan ölüm hadisəsi - VƏSATƏT - YENİLƏNİB

17 yaşlı mərhumun əsl qatili isə, azadlıqda - öz kefindədir!

Teymur Əliyev: “Prokuror köməkçisi Qasım Ağayev, qanun çərçivəsinə sığmayan hərəkətləri ilə, ailəmizə bu sarsıdıcı ölümdən betər zərbələr vurur"

k-119-09-2017-3.jpegBu ilin may ayının 27-də Masallı rayonunun Boradigah qəsəbəsində baş verən gözlənilməz bir ölüm hadisəsi böyükdən-kiçiyə hamını kədər məngənəsində boğdu. Bir qrup şəxs tərəfindən döyülərək, öldürülən Qazax Sosial İqtisad Kollecinin tələbəsi, 17 yaşlı Kənan Əliyevin ölümü nə qədər kədərli və sarsıdıcı idisə, sonradan bu qanlı olayın istintaq işini aparan müstəntiq, rayon prokurorunun köməkçisi Qasım Ağayevin qanunsuz hərəkətləri bir o qədər qanqaraldıcı və üzücü oldu. O, hətta: “Oğlumun əsl qatili niyə azadlıqda gəzir?!” - deyə, çəkdiyi qəm-qüssə, kədər dolu haraylarıyla bütün bölgəni ayağa qaldıran, göz yaşları hələ də qurumayan mərhum atası, ikinci qrup əlil, Yeni Azərbaycan Partiyasının rayon fəalı Teymur Əliyevi belə: "İstintaq gedir!" -deməklə, başdansovdu cavablarıyla yandırıb yaxır; Sanki bu olay həyat şirinliklərini tam dadmayan bir gəncin ölümüylə nəticələnməyib - gündəlik rastlaşdığımız adi bir hadisədir...

Azərbaycanda dəhşətli hadisə: Sürücü özünü və qaçırdığı qızı yandırdı — VİDEO (18+)

had-s29-09.jpg

Araz.az Criminal.az-a istinadən xəbər verir ki, hadisə bu gün saat 14:50 radələrində baş verib.

Yol polisi əməkdaşının sözlərinə görə, Mənsur adlı şəxs qaçırdığı qızla özünün üstünə benzin tökərək yandırıb. Hərəkətdə olan avtomobil alovlanıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib, onun qaçırdığı qız isə xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Azyaşlıların və ürəyi zəif olanların videoya baxması qadağandır.

36 -dən səhifə 41

Əlaqəli xəbərlər