Türkmənistandan Azərbaycana gələn bərədə terror aktının qarşısı alınıb, iki qardaş həbs olunub

gemi.jpg

Avqustun 28-də Türkmənistanın xüsusi xidmət orqanları tərəfindən Türkmənbaşı şəhərinin limanında terror aktının qarşısı alınıb.

APA-nın “Türkmənistan xronikası" portalına istinadən verdiyi xəbərə görə, Türkmənistan vətəndaşı olan iki qardaş (ad və soyadları açıqlanmır) Türkmənbaşı-Bakı reysini yerinə yetirən "Bəxtiyar" adlı yük-sərnişin bərəsinə partlayıcı qurğu keçirməyə cəhd edib.

Rusiyada azərbaycanlı idmançı güllələndi

ggg1505141594 (1).jpg

Rusiyanın Çelyabinsk şəhərində azərbaycanlı idmançı öldürülüb.

Virtualaz.org Rusiya KİV-ə istinadən bildirir ki, hadisə sentyabrın 8-də baş verib. Kikboksinq üzrə beynəlxalq dərəcəli idman ustası, diaspor fəallarından biri kimi təqdim olunan Ramil Canıyev yaşadığı evin qarşısında güllələnib.

İzzət Bağırovun cangüdəni həbs edildi

Izzet_Bagirov-01.jpg

Müğənni İzzət Bağırovun cangüdəni Elçin Cabbarlı “Neolit” restoranında baş verən davaya görə həbs edilib.

Araz.az-ın Axar.az-a istinadla məlumatına görə, Nizami rayon Məhkəməsinin qərarı ilə İzzət Bağırovun köməkçisi Elçin Cabbarlı barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

43 -dən səhifə 45

Əlaqəli xəbərlər