Çempionlar Liqasının ən gənc qapıçısından “inanılmaz qol” – VİDEO

f601d7344a4522cd4aef06e18df28aad-300x208.jpg

Ötən gecə Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunun oyunları keçirilib. Lent.az xəbər verir ki, maraqlı oyunlardan biri Portuqaliyada “Benfika” və “Mançester Yunayted” arasında keçirilib ki, matçın taleyini 1 qol həll edib. Belə ki, qonaq komandanın qol vurmağa çətinlik çəkdiyi oyunun 64-cü dəqiqəsində “Benfika”nın qapıçısı 18 yaşlı Svilar Reşfordun uzaqdan yerinə yetirdiyi cərimə zərbəsində tutduğu topla geriyə hərəkət edərək qapıya daxil olub.

Maraqlısı odur ki, Svilar Çempionlar Liqası tarixində meydana çıxmış ən gənc qapıçıdır. 27 avqust 1999-cu il tarixində anadan olmuş bu futbolçu elə həmin il Çempionlar Liqasında debut edərək ən gənc qapıçı ünvanına sahiblənən İker Kasilyasdan 3 gün cavan ikən meydana çıxıb və rekord qırıb.

Əlaqəli xəbərlər