Mesut Özilin yeni klubu məlum oldu

mesut-ozil.jpg

“Arsenal”ın yarımmüdafiəçisi Məsut Özil komandasını dəyişməyə hazırlaşır.
araz.az-ın Apasport.az-a istinadən məlumatına görə, Almaniya millisinin üzvü karyerasını elə Premyer Liqa klubunda davam etdirəcək.

Belə ki, 29 yaşlı futbolçu “Mançester Yunayted”ə keçməyə çox yaxındı. Hətta onun komanda yoldaşlarına “qırmızı şeytanlar”la anlaşdığını dediyi yazılıb. Müqavilə müddəti cari mövsümün sonuna qədər olan ulduz futbolçunu “topçular” qış fasiləsində sataraq, gəlir əldə etmək istəyirlər.

Qeyd edək ki, Məsut Özil “Arsenal”a 2013-cü ildə 42 milyon funt-sterlinq qarşılığında “Real”dan keçib.

 

Əlaqəli xəbərlər