Daha bir ulduz "Barselona"dan ayrılacaq

Futbolçu gələn mövsüm İngiltərədə oynayacağını söyləyib

Braziliyalı futbolçu Dani Alveş gələcək mövsüm "Barselona"dan ayrılacağını açıqlayıb.

ANS PRESS-in məlumatına görə, futbolçu gələn mövsüm İngiltərədə bir komandada oynayacağını söyləyib.

Braziliya mətbuatına danışan Alveş klubu ilə mövsüm sonunda müqavilə müddətinin bitəcəyini xatırladıb. O qeyd edib ki, "Barselona"da son sezonunu keçirir.

İspaniya mətbuatı "Barselona" baş məşqçisi Luis Enrikenin daha gənc və dinamik bir heyət qurmaq istədiyini yazır. "Barselona"nın da transfer siyasətini bu çərçivədə yaratmaq istədiyi və yaşlı oyunçularla müqavilə yeniləməyəcəyi iddia olunur.

Qeyd edək ki, Dani Alveş kataloniya klubuna 2008-ci ildə "Sevilya"dan transfer edilib. 31 yaşındakı futbolçu "Barselona" ilə 4 liqa, 2 UEFA Çempionlar Liqası kuboku qazanıb.

Əlaqəli xəbərlər