"Qalatasaray" "topa tutuldu"

Azərbaycanda ən çox marağa səbəb olan matç Londonda daş baş tutdu

Bu gün Çempionlar Liqasının qrup mərhələsində II tura yekun vuruldu. ANS PRESS-in məlumatına görə, bu gecə A, B, C və D qruplarında 8 qarşılaşma baş tutub.

Azərbaycanda ən çox marağa səbəb olan matç Londonda daş baş tutdu. "Arsenal" doğma meydanda "Qalatasaray"ı 4:1 darmadağın etdi.

Daha bir maraqlı qarşılaşma "Atletiko" və "Yuventus" arasında baş tutub. İspaniyanın şon çempionu Arda Turanın yeganə qolu ilə vacib qələbə qazanıb.

Çempionlar Liqasının son qalibi "Real" "Ludoqorets"i 2:1 məğlub edib.

Çempionlar Liqası
2014/15 mövsümü
II tur, 1 oktyabr

A qrupu
23.45 Malmö - Olimpiakos 2:0
Qollar: Markus Rozenberq, 42, 82

23.45 Atletiko - Yuventus 1:0
Qol: Arda Turan, 75

Turni cədvəli: Yuventus - 3. Olimpiakos - 3. Atletiko - 3. Malmö - 3.

B qrupu
23.45 Ludoqorets - Real 1:2
Qollar: Marselinyo, 6 - Ronaldo, 25 (pen). Benzema, 77

23.45 Bazel - Liverpul 1:0
Qol: Marko Ştreller, 52

Turni cədvəli: Real - 6. Liverpul - 3. Bazel - 3. Ludoqorets - 0.

C qrupu
Zenit - Monako 0:0

23.45 Bayer - Benfika 3:1
Qollar: Ştefan Kisslinq, 25. Xyunq-Min Sonq, 34. Hakan Çalxanoğlu, 82 (pen) - Eduardo Salvio, 62.

Turni cədvəli: Monako - 4. Bayer - 3.Zenit - 2. Benfika - 1.

D qrupu
23.45 Anderlext - Borussiya D 0:3
Qollar: Çiro İmmobile, 3. Adrian Ramos, 69, 79.

23.45 Arsenal - Qalatasaray 4:1
Qollar: Danni Velbek, 22, 30, 52. Aleksis Sançes, 41 - Burak Yılmaz, 63 (pen)

Turnir cədvəli: Borussiya D - 6. Arsenal - 3. Qalatasaray - 1. Anderlext - 1.

Əlaqəli xəbərlər