Balakişi Qasımov danışdı

balas4

"Mikayıl Cabbarov 4 il ərzində görülən işlər, federasiyanın uğurları haqqında danışdı. Mənim əsas vəzifəm bu uğuru davam etdirməkdir. Etimadı doğrultmağa və bu idmanın növünün daha kütləvi olmasına çalışacağıq".

araz.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan Qılıncoynatma Federasiyasının yeni prezidenti Balakişi Qasımov qurumun ümumi yığıncağı zamanı bu vəzifəyə seçilməsindən sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ilk vaxtlarla müqayisədə bu idman növü ilə məşğul olanların sayı 2 dəfə artıb: "Bu artımın daha çox olmasına çalışacağıq. Bundan sonra da uğurlarımız, nailiyyətlərimiz olmalıdır".

Qasımov 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunları üçün hədəflərini də açıqlayıb: "Azərbaycanın Tokio olimpiadasında olduğu Parisdəki yarışda da təmsil olunmasını istəyirik. Hazırkı heyətlə 4 il çiyin-çiyinə bu işə davam etdirəcəyik".

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər