Azad Rəhimov: “Avropa Oyunlarının açılış mərasiminə 100 milyon manat xərclənib”

Avropa Oyunlarının təntənəli açılış mərasiminə 100 milyon manat pul xərclənib.
APA-nın xəbərinə görə, bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib.

"Birinci Avropa Oyunlarının təntənəli açılış mərasiminə hazırlıq və onun həyata keçirilməsinə 100 milyon manatdan bir az çox pul xərclənib. Müqavilə üzrə vəsaitin bir hissəsi hələ ödənməyib. Yekun rəqəmləri biz yalnız Avropa Oyunları yekunlaşdıqdan sonra söyləyə bilərik", - deyə nazir əlavə edib.

Əlaqəli xəbərlər