“Real” Çempionlar Liqasının qalibi oldu

1653773968 284476286 10152647257599953 3316299342976352394 n

Futbol üzrə UEFA Çempionlar Liqasının final oyunu keçirilib. 

araz.az  xəbər verir ki, həlledici görüşdə İngiltərənin “Liverpul” və İspaniyanın “Real Madrid” komandaları üz-üzə gəliblər.

Fransanın paytaxtı Parisdəki “Stad de Frans” stadionunda təşkil olunan final matçı “Real Madrid” klubunun 1:0 hesablı qələbəsilə başa çatıb. Bununla da "Kral klubu" növbəti dəfə Çempionlar Liqasının qalibi olub.

Beləliklə, tarixində 14 dəfə Çempionlar Liqasının qalibi olan Madrid təmsilçisi hazırda turnirin ən titullu klubudur. Yurgen Kloppun baş məşqçisi olduğu komanda isə 6 dəfə Çempionlar Liqasının finalında qələbə sevinci yaşayıb.

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər