166007525978243047 1000x669

“Qarabağ” (Ağdam) komandası UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Macarıstan çempionu “Ferentsvaroş” klubuna qalib gələrək pley-off mərhələsinə yüksəlib.

araz.az  xəbər verir ki, Budapeştdəki “Groupama Arena”da oynanılan matç Ağdam komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İspaniyalı baş hakim Karlos del Serro Qrandenin idarə etdiyi oyunda komandamızın heyətində 7-ci dəqiqədə Abdullah Zubir, 55-ci və 78-ci dəqiqələrdə isə İbrahima Vadji fərqlənib. 86-cı dəqiqədə meydan sahiblərindən Adama Traore hesab arasındakı fərqi azaldıb. Azərbaycan təmsilçisi pley-off mərhələsində Çexiyanın “Viktoriya” komandası ilə qarşılaşacaq.

araz.az xəbər portalı.