Van Persinin transferi ilə bağlı sensasiyalı yenilik


"Fənərbaxça"nın "Mançester Yunayted"dən transfer etdiyi Robin van Persinin təzminat məsələsi hələ də həllini tapmayıb.

Qol.Az-ın "Press Association Sport"a istinadən verdiyi məlumata görə, hollandiyalı futbolçunun "Fənərbaxça"ya keçidi rəsmən açıqlansa da, klublar təzminat məsələsində razılığa gələ bilməyib.

Mançester təmsilçisinin bu transfer üçün "Fənərbaxça"dan yüksək məbləğ tələb etdiyi bildirilir. Türkiyə klubunun 7 milyon avro ödəməklə "Mançester Yunayted"i razı sala biləcəyi iddia olunur.

Qeyd edək ki, ötən gün "Fənərbaxça" ilə 3 illik müqavilə imzalayan 2012-2015-ci illərdə "Maneçster Yunayted"də çıxış edib. 31 yaşlı futbolçu keçirdiyi 86 oyunda 48 qol vurub.

Əlaqəli xəbərlər