Məsut Özil “Qarabağ”lı fanatların könlünü belə aldı

ozil.jpgFutbol üzrə Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda Azərbaycan çempionu “Qarabağ” İngiltərə nəhəngi “Arsenal”ı qəbul edib.
Bakı Olimpiya Stadionunda keçirilən oyun 3:0 hesabı ilə “Arsenal”ın xeyrinə yekunlaşıb.

Oyunun sonunda Məsut Özil geyimini çıxararaq “Qarabağ” fanatlarına tərəf atıb. Bununla da o, soydaş fanatlarla həmrəyliyini ifadə edib.
Xatırladaq ki, Məsut Özil oyunun ikinci hissəssində əvəzetmə ilə stadiona daxil olanda "Qarabağ"ın azarkeşləri onu gurultulu alqışlarla qarşılayıblar.
Onu da qeyd edək ki, Özil dünən də Türk qardaşlığı nümunəsi kimi Azərbaycan dilində status yazaraq hamının rəğbətini qazanmışdı.

Əlaqəli xəbərlər