15 yaşlı azərbaycanlı qız Olimpiya çempionu olub

_103794188_luzan1.jpg15 yaşlı azərbaycanlı gimnast Yelizaveta Luzan Buenos-Ayresdə keçirilən Yeniyetmələrin Yay Olimpiya Oyunlarında komanda hesabında qızıl medal qazanıb.

Bu barədə BBC News Azərbaycancaya Azərbaycan Gimnastika Federasiyasının əməkdaşı Bikə Abdullayeva məlumat verib.

O deyib ki, fərdi rəqabətlə yanaşı, çempionatda bütün iştirakçılar dünya gimnastika ulduzlarının adlarını alan on iki komandaya ayrılıblar.

Luzan dördqat olimpiya çempionu Simona Bilesin adını almış komandaya qatılıb. İdman və bədii gimnastika, tramplin atlama və akrobatikanı təmsil edən Bolqarıstan, Avstraliya, Çin, Sinqapur, Vyetnam, İspaniya, İtaliya, Rusiya, Ukrayna, Cənubi Afrika və Macarıstanlı idmançılarla yarışmaq şansı qazanıb", xanım Abdullayeva bildirib.

Oyunun iştirakçıları, o cümlədən, Luzan fərdi çıxışlar zamanı komanda yoldaşları kimi topladıqları ballarla Biles komandasını birinci edib, federasiya əməkdaşı vurğulayıb.

Bundan əvvəl 15 yaşlı azərbaycanlı cüdoçu Vüqar Talıbov Yeniyetmələrin Olimpiya Oyunlarında qızıl medal qazanıb.

66 kq çəki dərəcəsində yarışan Vüqar Talıbov Yəmən, Tacikistan, Dominikan Respublikası və Rusiya idmançılarını məğlub edərək olimpiya çempionu olub.

Azərbaycanı bu Olimpiya Oyunlarında təmsil edən taekvondoçu Cavad Ağayev isə 63 kq çəki dərəcəsində bürünc medal qazanıb.
www.bbc.com/azeri

Əlaqəli xəbərlər