UEFA-da təcili müzakirə - VAR-la bağlı

uefa1.jpgUEFA Çempionlar Liqasında VAR sistemini daha tez tətbiq edə bilər.

Komanda.az xəbər verir ki, bununla bağlı UEFA-da müzakirə olub. Avropanın ali futbol qurumu nəzərdə tutmuşdu ki, VAR sistemi ÇL-də 2019/2020 mövsümündən tətbiq ediləcək. Ancaq Çempionlar Liqasında aşkar hakim səhvlərinin baş verməsi UEFA rəhbərliyini düşünməyə vadar edib.

Noyabrın 8-də keçirilən müzakirələrdən sonra qərara alınıb ki, VAR sistemi daha tez tətbiq olunsun. Ola bilsin ki, ÇL-də VAR sistemi elə cari mövsümün gedişində tətbiq edilsin.
Sozcu.az

 

Əlaqəli xəbərlər