Azərbaycanlı karateçilər dünya çempionatında

IMG-20181110-WA0020.jpg

Kazaxıstanın Aktau şəhərində Aşihara Kaykan Karate üzrə Dünya Çempionatı keçirilir. Noyabrın 08-10 tarixlərində keçirilən Dünya Çempionatına Azərbaycan 11 nəfər idmançı ilə qatılıb. Dünya Çempionatında Azərbaycan Aşihara Kaykan Karate Federasiyasının prezidenti, əməkdar idman ustası, 5-ci dan qara kəmər ustası Maarif Bağırov, vitse prezidentlər AZGERSU şirkətinin rəhbəri Vüsal Məmmədov və  Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev iştirak edir. Çempionat ərəfəsində Federasiya rəhbərliyi Dünya Aşihara Asossiasiyasının prezidenti Kanco Aşihara ilə görüşüb, bu döyüş sənətinin Azərbaycanda inkişaf etdirilməsi sahəsində müzakirələr aparılıb.

Qeyd edək ki, bu gün iki idmançımız öz qüvvəsini sınayacaq. Bu haqda Federasiyanın vitse prezidenti Vüsal Məmmədov məlumat verib.

Aşihara karate növü Hideyuki Aşihara tərəfindən yaradılıb, O, həm cüdo, həm də karate ilə məşğul olduqdan sonra bu idman növünün əsasını qoyub. Bu idman növündə mövcud olan fəndlər sadəcə yarış meydanlarında deyil, həm də əlbəyaxa döyüş sənətində kompleks olaraq istifadə olunur. Qeyd edək ki, Azərbaycan Aşihara Karate Fedrasiyası 1998-ci ildən fəaliyyət göstərir. Azərbaycanın 35 şəhər və rayonunda fəaliyyət göstərir.   

Əlaqəli xəbərlər