"İnter" gələn il Messi ilə müqavilə imzalamaq niyyətindədir

messi 310520

 

İtaliyanın "İnter" futbol klubu 2021-ci ildə İspaniyanın "Barselona" klubunun argentinalı hücumçusu Lionel Messiyə transfer təklifi edəcək.

araz.az-in məlumatına görə, bu barədə Sport Mediaset portalı bildirib.

33 yaşlı L.Messinin Kataloniya klubu ilə müqaviləsi 30 iyun 2021-ci ilə qədər imzalanıb.

Milanalılar, klubdakı mövcud çətin münasibətləri nəzərə alaraq, müqavilənin bitməsindən sonra Messini pulsuz alacağına ümid edirlər.

 

araz.az

 

Əlaqəli xəbərlər