“Sumqayıt” futbolçusu ilə müqaviləni uzadıb

868495

 Daha bir yeni müqavilə - "Sumqayıt"da

 Avropa Liqasında mübarizə aparacaq "Sumqayıt"da daha bir futbolçunun taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, müdafiəçi Camaləddin Xocaniyazov karyerasını "gənclik şəhəri" təmsilçisində davam etdirəcək.

Rəhbərliklə danışıqları müsbət nəticələnən rusiyalı oyunçu bu gün ölkəmizə qayıdacaq. Axşam saatlarında Qəbələyə yollanaraq kollektivə qoşulacaq 24 yaşlı müdafiəçi başa çatan müqavilə müddətini daha 1 illik uzadacaq.

Camaləddin Xocaniyazov 2019/20 mövsümündə Premyer Liqada 16 oyunda iştirak edib.

Qeyd edək ki, "Sumqayıt" yay fasiləsində Mehdi Cənnətov, Elvin Bədəlov, Vurğun Hüseynov, Rəhim Sadıxov, Murad Xaçayev, Vüqar Mustafayev və Aydın Bayramovla da yeni müqavilə imzalayıb.

araz.az

Əlaqəli xəbərlər