Ramil Quliyev: Azərbaycanda məşqlər üçün yaxşı şərait olmayıb

1.jpg


Yüngül atletika atam və anama yad deyil.

Araz.az xəbər verir ki, bu sözləri azərbaycanlı atlet Belarusun  “Sportpanorama” nəşrinə verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, Azərbaycanda yüngül atletika ilə məşğul olmaq üçün lazımı şərait olmayıb.

“Hər şey yaxşı olsaydı, biz heç Türkiyəyə getməzdik (gülümsəyir). Şərait çox pis idi. Bizim məşq etdiyimiz manejdə isitmə sistemi yox idi. İkincisi, damı (tavanı???) su buraxırdı, ona görə gölməçənin içində qaçmalı olurduq. Sonradan həmin  bina tikintiya bağlandı. Bu tikinti 3 ilə yaxın davam etdi. Bütün bu müddət ərzində stadionda məşq edirdik.Yağışdada, qardada, küləkdə də”, - deyə atlet bildirib.

“Azərbaycanda inkişaf üçün perspektivlər niyə yox idi (niyə olmayıb???)? Düşünürəm ki, bu sualı daha çox Azərbaycanın yüngül atletika federasiyasının başçısına vermək lazımdır. Məşq etməyə yer tapa bilmədiyimizə görə, vətəndaşlığı dəyişməyə qərar verdik. İkincisi təlim-məşq toplanışlarına getmək olmurdu, üçüncüsü, artıq perspektivlərin olmamasını qeyd etdim. Yəni sənə nəyəsə nail olsan belə, bu heç bir halda qeyd olunmayacaq.

Türkiyəni ona görə seçdim ki, birincisi mentalitetdə yaxınlıq var. İkincisi, çox uzaqa köçməyə ehtiyac yox idi. Türkiyədə tam fərqli münasibət gördüm. Sən idmanla məşğul olursansa və sənin istedadın varsa, bu istedadı inkişaf etdirməyin və uğura nail olmağın üçün hər cür şərait yaradılır. Ədalət naminə deməliyəm ki, bu təkcə idman üçün keçərli deyil. Müğənni, rəssam  olsan, istedadlı və perspektivli olsan da eləcədir, sənə diqqət yetirəcəklər. Dövlət hər cür dəstək olacaq”, - deyə idmançı bildirib. www.oxu.az

İbrahimoviçin rekordu təzələndi

edzl.jpg

Hücumçu Edison Kavani Zlatan İbrahimoviçi geridə qoyaraq PSJ-nin tarixində ən yaxşı bombardir olub.

Araz.az xarici mediaya istinadən bildirir ki, o, yanvarın 27-də Fransa çempionatında “Monpelye”yə qarşı oyunun 11-ci dəqiqəsində fərqlənib.

Bu, onun üçün Paris klubunun heyətində 157-ci qol olub.

Uruqvaylı bununla da hazırda “Mançester Yunayted”də çıxış edən Zlatan İbrahimoviçi qabaqlayıb. Pressday

İngilis hakim azan səsini eşitdi, futbol oyununu dayandırdı — VİDEO

hakim-300x181.jpg

Avropanın ən prestijli hakimlərindən olan ingilis əsilli Mark Klattenburq Səudiyyə Ərəbistanında maraqlı bir jestə imza atıb.

Araz.az xəbər verir ki, hakim Mark oyun vaxtı azan oxunanda yarışı dayandırıb.

Hadisə “Al Feiha” və “Al Fateh” komandalarının oyunu zamanı baş verib. Səudiyyə Ərəbistanı Kral Kuboku oyununu idarə edən Klattenburq azan oxunan kimi yarışı dayandırıb.

Azan başa çatdıqdan sonra oyun yenidən başlayıb. Hakimin bu hərəkəti Səudiyyə Ərəbistanında böyük rəğbətlə qarşılanıb. Olke.az

Millimizin rəqibləri müəyyənləşdi

mk-1516794822-300x225.jpg

UEFA-nın yeni təsis etdiyi Millətlər Liqasının püşkatma mərasimi keçirilib.

Araz.az xəbər verir ki,  AFFA-dan Modern.az-a verilən məlumata görə, İsveçrənin Lozanna şəhərində keçirilən tədbirdə milli komandamızın rəqibləri müəyyənləşib.

Qurban Qurbanovun rəhbərlik etdiyi yığmamız 3-cü qrupda Malta, Kosovo və Farer adaları ilə mübarizə aparacaq. Oyunlara bu ilin sentyabrında start veriləcək.

Aleksis Sançes “Mançester Yunayted”ə keçib

aleksos.jpg

İngiltərənin “Mançester Yunayted” və “Arsenal” klubları müvafiq olaraq Aleksis Sançes və Henrik Mxitaryanla müqavilə bağladıqlarını bəyan ediblər.

Araz.az xəbər verir ki, “Mançester Yunayted”in mətbuat xidməti Çili yığmasının hücumçusu ilə müqavilənin şərtlərini açıqlamayıb.

“Arsenal” da ermənistanlı forvardla müqavilənin detallarını açmayaraq, onun uzunmüddətli olduğunu qeyd etməklə kifayətlənib.

Aleksis Sançes 2014-cü ildən “Arsenal”ın şərəfini qoruyub, Henrik Mxitaryan isə  2016-cı ildə Dortmund “Borussiya”sından “Mançester”ə keçib.

28 -dən səhifə 48

Əlaqəli xəbərlər