Qurban Qurbanova yeni köməkçi təyin edildi-FOTO

qurban.jpg

Bolqarıstanlı məşqçi Mario Mitov “Qarabağ”da işləyəcək.

Xəbərə görə o, Qurban Qurbanovun köməkçisi olacaq.

Bu barədə məlumatı Bolqarıstan MOİK klubunun rəsmi saytı yayıb. 24 yaşlı Mitov “Qarabağ”da fiziki hazırlıq üzrə məşqçi işləyəcək. “Qarabağ”a qədər Sofiyanın MOİK klubunun Akademiyasında çalışmış Mitov bu postda həmyerlisi Çudomir Çakarovu əvəz edəcək. Mario Mitov.jpg

 

 

 

"Qarabağ"ın istədiyi 800 000 manatlıq futbolçu

342_file.jpg
 
Rumıniya “Dinamo”sunun futbolçusu Steliano Filipi transfer etmək istəyən Azərbaycan klubunun adı müəyyənləşib.

Araz.az Rekord.az-a istinadən xəbər verir ki, Rumıniya mətbuatı bu klubun "Qarabağ" olduğunu iddia edib.

Ağdam təmsilçinin 23 yaşlı müdafiəçi üçün təklif göndərdiyi bildirilib. "Dinamo"nun bu keçid üçün 400 min avro tələb etdiyi yazılıb.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan klublarından birinin S.Filiplə maraqlandığı yazılmışdı. Ancaq həmin klubun adı açıqlanmamışdı.

Hələlik "Qarabağ" klubu məsələyə münasibət bildirməyib.

Fatih Terimin alacağı maaş açıqlandı

fatih-terim.jpg

Fatih Terim "Qalatasaray" komandası ilə 1,5 illik müqaviləni imzalayıb.

Çempionlar Liqasının bu mövsüm üzrə finalının kubok və loqotipi təqdim olunub

305747f271794016cf4e0666bbccf035.jpg

Ukraynanın paytaxtı Kiyevdə Çempionlar Liqasının 2017/18-ci illər mövsümü üzrə finalının kubok və loqotipinin təqdimatı olub.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Futbol Federasiyasının (UFF) mətbuat xidməti məlumat yayıb. Təntənəli tədbirdə UFF-nin prezidenti Andrey Pavelko, Kiyevin meri Vitali Kliçko, həmçinin finalın səfiri, yaxın keçmişin məşhur futbolçusu, hazırda isə Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko iştirak edib.

Çempionlar Liqasının cari turnirinin finalı 26 may 2018-ci il tarixində Kiyevin "Olimpiya" stadionunda keçiriləcək.

Moskvada futbol üzrə DÇ-2018-in final mərhələsinin püşkü atılıb

dc-bqshwaaezvg2.jpg

Moskvada futbol üzrə dünya çempionatının final mərhələsinin püşkatma mərasimi baş tutub.

Apasport.az saytının məlumatına görə,, mərasimdə planetin ən yaxşı 32 komandası 8 qrupa bölünüb.

30 -dən səhifə 48

Əlaqəli xəbərlər