"AVRO-2016"da İslandiya möcüzəsi - İngiltərə evə qayıtdı

Fransada keçirilən Avropa çempionatı davam edir. Fanat.az xəbər verir ki, bu gecə 1/8 finala yekun vurulub.

Mərhələnin son oyununda favoritlərdən olan İngiltərə İslandiyanı sınağa çəkib. Hesabı 4-cü dəqiqədə penaltidən Ueyn Runi açıb. İki dəqiqə sonra Ranyar Siqurdson bərabərliyi təmin edib. 18-ci dəqiqədə isə Kolber Siqtorson İslandiyanın qələbə qoluna imza atıb. Beləliklə, islandlar turnirin favoritlərindən olan İngiltərəni mübarizədən kənarlaşdırıb.

“Avro-2016″nın təqvimi

2016-cı il Avropa futbol çempionatının təqvimini təqdim edirik.

Fransada 24 komandanın iştirakı ilə keçirilən çempionatın ilk mərhələsində mübarizə 6 qrupda gedir.

Qruplarda ilk iki yeri tutan komandalar və üçüncü yerdə qərarlaşan ən yaxşı dörd komanda növbəti mərhələyə vəsiqə qazanır.

“Fənərbaxça” klubunun prezidenti cəzalandırılıb

“Qalatasaray”la “Fənərbaxça” arasında Antalyada oynanan Türkiyə kubokunun final matçından sonra verdiyi açıqlamalar səbəbindən haqqında şikayət olan “Fənərbaxça” klubunun prezidenti Aziz Yıldırım cəzalandırılıb.
Apasport.az saytının Türkiyə mediasına istinadən məlumatına görə, o, 3 ay müddətinə klubun bütün idman növlərindəki oyunlarını yerində izləməkdən məhrum edilib.
Həmin oyundan sonra “oyun alqı-satqısının kralını “Qalatasaray” edib” deyən Yıldırım haqqında 7 “sarı-qırmızılı” azarkeş şikayət etmişdilər.

35 -dən səhifə 39

Əlaqəli xəbərlər