Sağlam rəqabət insanı uğura doğru aparır

15697584_1191052210962531_8406419985073856231_n.jpg
Emil Gürcüstan Respublikasının Tbilisi şəhərində dünyaya gəlib. Orta təhsilini Tbilisi şəhərində alıb. Getdikcə onun kiçik qəlbində idmana böyük maraq yaranmağa başlayırdı. Məşhur idmançı olmaq haqda xəyallar qurur, idmanla bağlı filmlərə baxır, kitablar oxuyurdu. Heç ağlına belə gəlməzdi ki, özü də nə vaxtsa məşhur idmançı olacaq. İdmanın Jiu-Jitsu növü onu çox cəlb edirdi. Valideynləri bunu bilir, lakin onun idmançı olmasına bir az tərəddüdlə yanaşırdılar. Az sonra Emilin idmana olan həvəsinin keçici olmadığını başa düşdülər. Beləliklə, Emil istədiyi idman növü ilə məşğul olmağa başlayır. O, saatlarla idman zalında məşq edir, nəticə əldə etməyə çalışırdı. İlk uğurunu doğulduğu Tiblisi şəhərində qazanan Emil 1996-cı ildə ailəsi ilə Azərbaycana köçəndə artıq idmanda müəyyən nailiyyətlər əldə edə bilmişdi. Azərbaycanda DİN-nin idman cəmiyyətində məşğul olmağa, məşqlərini səylə davam etdirməyə başladı.

“Roma”nı təsadüflər xilas etdi - Millət vəkili

aydin-mirzezeda.jpg

Bakı Olimpiya Stadionunda “Qarabağ” – “Roma” futbol oyununa baxdım. Komandamızın oyununu bəyəndim. İlk 20 dəqiqədə komandamız güclü komanda qəbul etdiyinin psixoloji təsiri altında idi. Məhz həmin təsir “Çelsi” ilə oyunda bizə ciddi mane olmuşdu.

"Çempionatımızın səviyyəsi aşağı düşüb" - Qurban Qurbanov

Qurban-qur.jpg

"Hesabın böyük olmasına baxmayaraq, ağır oyun oldu. Psixoloji cəhətdən də çətin idi. Hesabda geri düşsək də, ikinci hissədə hesabı öz xeyrimizə dəyişə bildik. Futbolçulardan razı qaldım. Bir-birinə uyğunlaşmaq üçün vaxt lazımdır. Samir Abasova gələn oyunlarda uğurlar arzulayıram".

İspaniya radiosu: "Çempionlar Liqasının finalı Bakıda keçiriləcək"

Baki-olimpya-stadionu.jpg

2018/2019 mövsümündə Çempionlar Liqasının (ÇL) final matçı Bakı Olimpiya Stadionu Bakıda (BOS) keçiriləcək. “Report” xəbər verir ki, belə bir iddia ilə İspaniyanın “Onda Cero” radiosu çıxış edib.

"Qarabağ"a ancaq Çempionlar Liqası üçün gəlməmişəm" - Pedro

89074.jpg

"Qələbəyə görə sevincliyəm. Qalib gəlmək hər şeydən vacibdir. Görüləsi çox işimiz var. Ümumi götürsək, razı qaldım".   

Qol.az-ın məlumatına görə. bu sözləri "Qarabağ"ın yeni transferi Pedro Enrike Topaz Premyer Liqanın 5-ci turunda "Kəpəz"ə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə müsahibəsində deyib. 

37 -dən səhifə 48

Əlaqəli xəbərlər