Serxio Ramosu öldürmək istəyirlər – İşə polis qarışdı

serxioramos.jpg

“Real”ın futbolçusu Serxio Ramos ölümlə təhdid edilir.

Fanat.Az “Radio Cope”yə istinadən zəbər verir ki, ulduz futbolçu özünə və ailəsinə gələn təhdidlər səbəbindən telefon nömrəsini dəyişib.

“Liverpul”la Çempionlar Liqasının finalında misirli Məhəmməd Salahı qəsdən zədələməkdə günahlandırılan Ramos artıq məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

Futbolçu xüsusən sosial media vasitəsi ilə çox sayda ölüm təhdidi alır. Bu səbəbdən o, sosial mediadan uzaq durmağa çalışır.

Həmçinin Misir mətbuatı da ulduz futbolçunu hədəfə alıb, onunla bağlı sərt yazılar yayımlamaqla azarkeşlərin futbolçuya qarşı nifrətinin daha da artmasına səbəb olub. Hətta bəzi ölkələrdəki İspaniya səfirliklərinin qarşısında etiraz aksiyaları belə keçirilib.

"Neftçi"nin xanım azarkeşlərinə müjdə

1527845209.jpg

Ölkəmizdə futbol daha çox kişilər tərəfindən sevilir. Stadionlarda da buna şahidlik etmək mümkündür. Ancaq sevindirici məqam da var. Azərbaycanda xanım azarkeşlərin də sayı artmaqdadır. Zəriflər oyunları ancaq TV qarşısında deyil, stadiona gələrək, izləyirlər.

"Qarabağ" 9 futbolçu ilə yolları ayırdı

1527161744.jpg

"Qarabağ" 9 futbolçu ilə yollarını ayırıb.

Sportal.az xəbər verir ki, İbrahim Şehiç, Riçard Almeyda, Elvin Yunuszadə, Rahid Əmirquliyev, Əfran İsmayılov, Ağabala Ramazanov, Arif Daşdəmirovun müqavilə, Pedro Enrike və Ramil Şeydayevin icarə müddəti başa çatıb.

Onlar klubdan ayrılıblar.

8 -dən səhifə 32

Əlaqəli xəbərlər