"Yuventus"dan yeni rekord

868702

 

İtaliya A Seriyasının 36-cı turunda "Sampdoriya"ya 2:0 hesabı ilə qalib gələrək, növbəti çempionluğunu rəsmiləşdirən "Yuventus" yeni rekord müəyyənləşdirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Turin klubu Avropanın "böyük beşlik" çempionatlarında ardıcıl 9 dəfə çempionluq qazanan ilk komanda olub.

"Qoca sinyora" bu mövsüm 8-ci çempionluğunu qazanan "Bavariya"nı bu göstəricidə geridə qoyub.

Qeyd edək ki, bu, "Yuventus"un tarixində 36-cı çempionluğu olub

araz.az











“Sumqayıt” futbolçusu ilə müqaviləni uzadıb

868495

 Daha bir yeni müqavilə - "Sumqayıt"da

 Avropa Liqasında mübarizə aparacaq "Sumqayıt"da daha bir futbolçunun taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, müdafiəçi Camaləddin Xocaniyazov karyerasını "gənclik şəhəri" təmsilçisində davam etdirəcək.

Rəhbərliklə danışıqları müsbət nəticələnən rusiyalı oyunçu bu gün ölkəmizə qayıdacaq. Axşam saatlarında Qəbələyə yollanaraq kollektivə qoşulacaq 24 yaşlı müdafiəçi başa çatan müqavilə müddətini daha 1 illik uzadacaq.

Camaləddin Xocaniyazov 2019/20 mövsümündə Premyer Liqada 16 oyunda iştirak edib.

Qeyd edək ki, "Sumqayıt" yay fasiləsində Mehdi Cənnətov, Elvin Bədəlov, Vurğun Hüseynov, Rəhim Sadıxov, Murad Xaçayev, Vüqar Mustafayev və Aydın Bayramovla da yeni müqavilə imzalayıb.

araz.az

"İnter" gələn il Messi ilə müqavilə imzalamaq niyyətindədir

messi 310520

 

İtaliyanın "İnter" futbol klubu 2021-ci ildə İspaniyanın "Barselona" klubunun argentinalı hücumçusu Lionel Messiyə transfer təklifi edəcək.

araz.az-in məlumatına görə, bu barədə Sport Mediaset portalı bildirib.

33 yaşlı L.Messinin Kataloniya klubu ilə müqaviləsi 30 iyun 2021-ci ilə qədər imzalanıb.

Milanalılar, klubdakı mövcud çətin münasibətləri nəzərə alaraq, müqavilənin bitməsindən sonra Messini pulsuz alacağına ümid edirlər.

 

araz.az

 

Türkiyə Super Liqası belə keçiriləcək - Qaydalar

Qalatasaray0001Türkiyə Futbol Federasiyası iyunun 12-də bərpası gözlənilən Super Liqa ilə bağlı qaydaları açıqlayıb.

"Qafqazinfo" qurumun saytına istinadən xəbər verir ki, oyundan əvvəl futbolçuların görüşməsi və ümumi komanda şəkli çəkdirməsi qadağan edilib.

Yəhya Bahari “Urmu 90”nın super liqaya seçilməsi üçün çağırış edib

Yehya-bahari.jpgGüney Azərbaycanın tanınmış “Urmiya 90” futbol takımının icraçı direktoru Yəhya Bahari komandasının İran adlı ölkənin çempionatının I dəstəsinin yarışlarında əldə etdiyi uğurlara işarə edərək klubun gələcək fəaliyyəti ilə bağlı məsullara çağırış edib.
O komandanın İran super liqasına seçilməsi üçün səlahiyyətli şəxslərdən yardım gözlədiyini bildirib.

10 -dən səhifə 49

Əlaqəli xəbərlər