Bu bankların əmanətçilərinə 628 milyon manat ödənildi

bank1 m

Bağlanmış Ata Bank, Amrah Bank, NBC Bank və AG Bankın əmanətçilərinə sığortalanmış əmanətlərə görə təqribən 628,37 milyon manat təzminat ödənilib

Əmanətlərin Sığortalanması Fondundan Axar.az-a verilən məlumata görə, Ata Bankın 9,79 min əmanətçisi 243,8 milyon manat, Amrah Bankın 5,8 min əmanətçisi 140 milyon manatdan çox, AG Bankın 4,7 min əmanətçisi təxminən 113,2 milyon manat, NBC Bankın 4,22 min əmanətçisi 131,295 milyon manatdan çox təzminat alıb.

Ata Bank və Amrah Bank əmanətçilərinə təzminat ödənişi 1 iyun 2020-ci il tarixindən etibarən Kapital Bank ASC-nin debet kartları vasitəsi ilə nağdsız qaydada həyata keçirilir. AG Bank ASC-də və NBC Bank ASC-də sığortalanmış əmanətlərə görə kompensasiya verilməsi üçün seçilən agent bank isə Azərbaycan Beynəlxalq Bankı ASC-dir. Bu bankların müştərilərinə ödənişlər 16 iyun 2020-ci ildən etibarən başlayıb.

araz.az

Əlaqəli xəbərlər