Samur çayı üzərində tikiləcək yeni körpü 36 mln. manata başa gələcək

59e7418ac7c8f_2urmu korpusuas.jpg

Azərbaycan-Rusiya sərhədində Samur çayı üzərində avtomobil körpüsünün tikintisi 1,2 mlrd. rubla (35,640 mln. manat) başa gələcək.

araz.az apa-ya istinadən xəbər verir ki, bu barədə "Kaspi" şirkətinin Dağıstan filialının direktoru Məhəmmədrəsul Ömərov bildirib.

"Körpünün tikintisi 1,2 mlrd. rubla başa gələcək. Tikintinin maliyyələşməsi Azərbaycanla Rusiya tərəfindən həyata keçiriləcək. Hər bir tərəf vəsaitin 50%-ini ödəyəcək", - deyə filial müdiri qeyd edib.

Xəbər verdiyimiz kimi, bu gün Samur çayı üzərində avtomobil körpüsünün tikintisinin təməlqoyma mərasimi keçirilib. Mərasimdə Rusiya tərəfdən nəqliyyat naziri Maksim Sokolovun rəhbərlik etdiyi nümayəndə heyəti, Azərbaycan tərəfdən isə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Təməlqoyma mərasimi Azərbaycanın "Samur” gömrük buraxılış məntəqəsi və Dağıstanın Məhərrəmkənd rayonunda yerləşən "Yaraq-Qazmalar” buraxılış məntəqəsinin ərazisində baş tutub.

Samur çayı üzərində yeni avtomobil körpüsünün tikintisi barədə hökumətlərarası saziş 2013-cü il sentyabrın 13-də imzalanıb.

Yeni körpü 1957-ci ildə inşa olunmuş körpünü əvəz edəcək.

Körpünün uzunluğunun 325,3 metr, eninin 17,3 metr olması nəzərdə tutulur.

Körpü üç zolaqlı olacaq.

Əlaqəli xəbərlər