Azərbaycanda orta aylıq əmək haqqı artacaq - 549,7 manat

manat-a.jpg

Gələn il Azərbaycanda orta aylıq əmək haqqının 2017-ci illə müqayisədə 0,5 artaraq 549,7 manat olacağı proqnozlaşdırılır. Daha sonrakı 3 ildə isə ardıcıl olaraq, 2019-cu ildə 562,6 manat, 2020-ci ildə 575 manat və 2021-ci ildə 585,5 manat olacağı nəzərdə tutulur.

araz.az bildirir ki, bu barədə məlumat İqtisadiyyat Nazirliyinin ölkənin iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərində yer alıb.

Gələn il Azərbaycanda əhalinin gəlirlərinin xərclərini 17,9 üstələyəcəyi proqnozlaşdırılır. Belə ki, 2018-ci ildə əhalinin gəlirləri 55 389,9 mln. manat, xərcləri 46 966,1 mln. manat olacağı gözlənilir. 2019-cu ildə gəlirlərin xərcləri 19,8 üstələyəcəyi və gəlirlərin 58 812,3 mln. manat, xərclərin 49 100,5 mln. manat olacağı proqnozlaşdırılır.

Əlaqəli xəbərlər