Türk lirəsi rekord həddə ucuzlaşıb, bəs Bakıda Türkiyə məhsulları niyə ucuzlaşmır? - Ekspert

1634658276 ena fdd037c0e1d1bcdbe4c42470b oTürkiyənin milli valyutası olan lirə dəyər itirməkdə davam edir. Dünən səhər saatlarında 1 dollar rekord həddə - 9,1234 lirəyə çatıb. Bununla da tarixi rekord yenilənib. Təbii olaraq, bu da Azərbaycanda satılan Türkiyə məhsullarının qiymətini yenidən aktuallaşdırır. Müşahidələrə görə, Bakıda türk mallarının qiymətində heç də ucuzlaşma yoxdur. 


araz.az  bildirir ki, bunun səbəblərini iqtisadçı Natiq Cəfərli  açıqlayıb:


“Türk lirəsinin tarixi minimuma qədər ucuzlaşması son həftələrdə daha da sürətlənib. İndi lirə ən aşağı göstəricilərindədir. Məntiqlə yanaşdıqda  Türkiyədə ixrac olunan və Azərbaycana gətirilən məhsulların qiymətində  dəyişiklik olmalı idi. Təəssüf ki, biz bu dəyişiklikləri görə bilmirik. Bunun da iki izahı var- birincisi odur ki,  qiymətlərin idxala təsir etməsi üçün bir müddət keçməlidir. İş adamları deyir ki, bizim aldığımız və bu gün realizə olunan məhsullar məzənnənin yuxarısındadır, yəni türk lirəsinin daha baha olduğu dövlərdə alınıb. Ola bilər ki, bir müddətdən sonra qiymətlərin  dəyişməsinin şahidi olaq. Onların dediyi vəziyyətə görə qiymətlərin aşağı düşməmə səbəblərindən biri də xərclərin yuxarı qiymətlərinin kəskin artmasıdır ki, bu da Azərbaycandan qaynaqlanır.  Azərbaycandakı bir neçə karqo şirkətləri var ki, onlar bazara nəzarət edirlər. Karqo  şirkətləri tərəfindən ölkəyə mal gətirilərkən qiymətlər hər ay artırılır.  Bu da gətirilən malların maya dəyərinə təsir göstərir. 


Digər tərəfdən isə Azərbaycan ilə Türkiyə arasına bu xüsusda 15 yeni müqavilə imzalanıb, orada qeyd olunur ki, ikili vergi və gömrük rüsumlarından azad olunması ilə bağlı iddialar gerçəkləşməlidir. Hələ ki, o müqavilələr effektiv çalışmır. Müqavilələr normal çalışmağa başlasaydı, həm gömrük, həm də vergi rüsumu ilə bağlı müəyyən dəyişikliklər olmalı idi.  Yəni  ucuzlaşma və daha az ödəmələr olmalı idi, ancaq biz bunu da görmədik. Digər səbəb isə ondan ibarətdir ki, əsasən yüngül sənaye məhsullarına - pal-paltara aiddir ki, Türkiyədən gətirilən məhsulların həcminə, çəkisinə  görə gömrük rüsumlarını ödəmək təcrübəsi var idisə, indi istənilən məhsul tək-tək rəsmiləşdirilir, rüsuma tabe edilir. Bu, həm vaxt aparır, həm də əlavə xərc tələb edir. Belə olduqda iş adamlarının xərci artdıqca da onlar da mal və xidmətlərin qiymətini qaldırır. Bu kimi məsələlərə görə Türkiyədən gətirilən məhsulların qiyməti təəssüf ki, ucuzlaşmır”

 

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər